Vəkillər: İnterpolun məlumat bazasından Yanukoviç yoxa çıxıb

Ynukoviç İnterpolun məlumat bazasından yoxa çıxıb
Şəklin alt yazısı, Ynukoviç İnterpolun məlumat bazasından yoxa çıxıb
Çap edildi

İnterpol Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin axtarışını dayandırıb, eks-prezidentin ailəsinin maraqlarını təmsil edən Joseph Hage Aaronson vəkillik şirkəti bildirib.

"Yanukoviçin adı artıq axtarışda olan şəxslər siyahısında yoxdur", vəkillərin bəyanatında qeyd olunub.

Bundan əvvəl vəkillər Yanukoviçin adının İnterpol məlumat bazasına salınmasından şikayət edərək bildirmişdilər ki, eks-prezidentə qarşı cinayət işi siyasi təqib səciyyəsi daşıyır.

İnterpol Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçi bu ilin yanvarın 12-də axtarışa vermişdi.

Ukrayna DİN rəhbəri Arsen Avakovun o zaman bildirdiyinə görə, bu addım rəsmi Kiyeviun İnterpola müraciətindən sonra atılmışdı.