İran sanksiyaları qaldırılandan sonra neftin qiyməti "10 dollar düşəcək"

Şəklin mənbəyi, AP
Dünya Bankının proqnozuna görə İran üzərinə qoyulmuş beynəlxalq sanksiyalar qaldırılandan sonra, 2016-cı ildə neftin bir barrelinin qiyməti 10 dollar düşəcək.
Bank rəsmilərinin fikrincə, ən əhəmiyyətli dəyişillik İranın xammal bazarına qayıtması ilə baş verəcək.
Proqnoza görə neftin hasilatı gündə 1 milyon barrel artacaq, bu isə neftin qiymətinə ciddi təsir göstərəcək.
<link type="page"><caption> Həmçinin oxuyun: İran razılaşması Azərbaycana necə təsir edə bilər?</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/07/150714_iran_talks_azerbaijan" platform="highweb"/></link>
Dünya Bankında hesab edirlər ki, qiymətlər 14 faiz enəcək, bu isə 10 dollar təşkil edir.
İyulun 14-də Vyanada ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Çin, Rusiya və İran arasında Tehranın nüvə proqramının tənzimlənməsinə dair razılaşma əldə edilib.
Bu sənədə uyğun olaraq İran beynəlxalq sanksiyaların ləğv olunması müqabilində uranın zənginləşdirilməsindən imtina edir.
İyulun 15-dən dünya bazarındakı neft qiymətləri enməyə başlayıb. Qiymət arasındakı fərq doqquz dollar olub. Avqustun əvvəlindən isə bir barrelin qiyməti yanvar ayından bəri ilk dəfə olaraq 50 dollardan aşağı düşüb.
























