Rusiya hidrogen bombasının modelini Moskvada sərgiləyəcək

"Çar Bomanın" yaratdığı göbələk formalı nüvə buludunun diametri 67 km olub.
Şəklin alt yazısı, "Çar Bomanın" yaratdığı göbələk formalı nüvə buludunun diametri 67 km olub.
Çap edildi

Rusiya, dünya tarixinə sınaqdan keçirilmiş ən güclü nüvə bombası kimi düşmüş, Sovet dövrünə aid hidrogen bombasının modelini paytaxt Moskvada sərgiləmək niyyətindədir.

Sovet İttifaqı dövründə sınaq məqsədilə partladılmış "Çar Bomba"nın maketi gələn ay Kreml yaxınlığında yerləşən Manej sərgi mərkəzində nümayiş etdiriləcək.

AN-602 hidrogen bombası maketinin, 1945-ci ildən hesablanan Rusiya atom sənayesi nailiyyətlərinə həsr olunmuş sərginin əsas eksponatına çevriləcəyi gözlənilir.

Sovet İttifaqı 58 meqatonluq hidrogen bombasını Arktika üzərində 1961-ci ildə partlatmışdı.

Həmin bomba Hiroşimaya atılmış ABŞ-ın atom bombasından 3,000 dəfə güclü idi.

Tupolev Tu-95B təyyarəsində daşınan 26.5 tonluq bomba 10.5 km hündürlükdən Arktika üzərində, Novaya Zemlya adasındakı poliqona atılmışdı.

Rusiya mətbuatına əsasən, partlayışdan yaranmış zərbə dalğası Yer Kürəsini 3 dəfə dövrə etmişdi, eni 4.6 km olan alov topu isə genişlənib partlayışın episentrindən qalxan tüstü sütunu ilə qarışaraq diametri 67 km olan göbələk formalı buluda çevrilmişdi.

Bomba müqəvvası Moskvaya paytaxtdan 465 km şərqdə yerləşən Sarov şəhərindən gətiriləcək.

Moskva sərgisi Rosatom dövlət şirkəti tərəfindən təşkil edilir.

Sərgi sentyabrın 1-dən setyabrın 29-dək davam edəcək.