Türkiyə təyyarələri Suriyadakı İD hədəflərinə "zərbələr endirib"

Türkiyə təyyarələri Adana şəhəri yaxınlığında yerləşən hava bazasından İD-nə qarşı hücumları həyata keçirir
Şəklin alt yazısı, Türkiyə təyyarələri Adana şəhəri yaxınlığında yerləşən hava bazasından İD-nə qarşı hücumları həyata keçirir
Çap edildi

Türkiyə, ABŞ-ın rəhbərliyi ilə mövcud koalisiyanın tərkib hissəsi olaraq, ilk dəfədir İslam Dövləti qruplaşmasına havadan "zərbələr endirib".

Türkiyənin xarici işlər naziri bildirib ki, onun təyyarələri Suriyadakı sırhədə yaxın bölgələrdə yerləşən İD hədəflərinə cümə günü gec saatlarında hücumlar təşkil edib.

Türkiyə, silahlılara qarşı əməliyyatlara yaxın həftələrdə başlamışdı. Ölkə, ABŞ-ın Suriya ilə sərhədə yaxın hərbi bazalara girişinə icazə verib.

ABŞ, bu ayın əvvəli Türkiyədəki İncirlik hava bazasından bir neçə hava zərbəsini həyata keçirib.

Bu hücumlar Türkiyə və ABŞ arasında imzalanmış əməkdaşlığa dair razılaşma çərçivəsində həyata keçirilir.

Türkiyə hərbi təyyarələri iyul ayının 24-də də Suriyadakı İD hədəflərinə <link type="page"><caption> zərbələr endirmişdi</caption><url href="http://www.bbc.com/azeri/region/2015/07/150724_turkey_us_deal" platform="highweb"/></link>, lakin koalisiya əməliyyatının tərkib hissəsi olaraq deyil.

Türkiyənin yeni zərbələrinin dəqiq hədəfləri məlum deyil.

Cümə axşamı İD döyüşçüləri Suriyanın şimalındakı üsyançı qruplardan beş kəndi ələ keçiriblər. Bununla da onlar Türkiyə sərhədi yaxınlığındakı Marea şəhərinə yaxınlaşıblar.

Suriyada İnsan Haqları üzrə Müşahidə təşkilatı və digər qrupların bildirdiyinə görə, İD güclü döyüşlər əsnasında Marea şəhəri ətrafında intiharçı bomba hücumlarını da həyata keçirib.

İD, Türkiyə və ABŞ-ın yaratmağa razılaşdığı İD-dən azad zona yaxınlığında yerləşən şimali Hələb əyalətində irəliləyişə nail olub.