Belarus: prezident seçkiləri baş tutmuş elan olunub

Belarusda prezident seçkiləri keçirilib.
Şəklin alt yazısı, Belarusda prezident seçkiləri keçirilib.
Çap edildi

Belarusda bazar günü prezident seçkiləri keçirilir.

MSK-nın məlumatına əsasən, yerli vaxtla saat 12:00 üçün seçicilərin yarıdan çoxu səs verdiyindən seçkilər baş tutmuş sayılır.

Seçici siyahılarına əsasən Belarusda seçicilərin ümumi sayı 7 milyona yaxındır – 6 995 885.

BBC Rus xidməti müxbirinin sözlərinə görə, səsvermə məntəqələrində seçicilərə nisbətən ucuz qiymətə yeməklər təklif edən bufetlər təşkil olunub, özfəaliyyət və xalq yaradıcılığı kollektivləri camaata konsert verir.

Çoxsaylı proqnozlara görə, 1994-cü ildən ölkəyə fasiləsiz rəhbərlik edən Aleksandr Lukaşenko elə birinci turdaca qalib gələrək prezident vəzifəsində qalacaq.

Aleksandr Lukaşenko Belarusa artqı 21 ildir ki rəhbərlik edir.

Prezidentlə bu dəfəki seçkilərdə yalnnız 3 namizəd rəqabət aparır, onların arasında müxalifətin veteran liderləri yoxdur, çünki, deyildiyinə görə, onların namizədliyi MSK tərəfindən qeydə alınmayıb.

Belarus müxalifətinin nümayəndələri keçirilən prezident seçkiləri azad və ədalətli saymadıqlarını vurğulayırlar.

Belarus televiziyası prezident Lukaşenkonun oğlu ilə səsvermə məntəqəsinə gələrək səs verdiyini verdiyini göstərib.

Belarus prezidenti Aleksandr Lukaşenko oğlu ilə.
Şəklin alt yazısı, Belarus prezidenti Aleksandr Lukaşenko oğlu ilə.