Rusiya: "Bəşər Əsədin hakimiyyətdə qalması bizim üçün önəmli deyil"

Şəklin mənbəyi, AP
Rusiya deyir ki, Suriya prezidenti Bəşər əl-Əsədin hakimiyyətdə qalması onun üçün mühüm əhəmiyyət kəsb etmir.
"Suriya lideri Rusiya üçün prinsipial əhəmiyyət kəsb edirmi" sualına cavabında Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova deyib: "Əsla yox, biz heç bir zaman belə bir söz deməmişik".
"Biz Əsədin getməli və ya qalmalı olmasını deməmişik", o əlavə edib.
Rusiya bundan əvvəl demişdi ki, cənab Əsəd hökumətinin devrilməsinə qarşıdır.
Zaxarova Ekho Moskvy radio stansiyasına deyib ki, cənab Əsədin hakimiyyətdə qalması və ya getməsi Rusiya üçün əhəmiyyətli deyil, amma onun taleyinə qərar vermək Suriya xalqından asılıdır.
Rusiya cənab Əsədin ən güclü müdafiəçilərindən biri hesab olunur. Bundan öncə Rusiyanın mövqeyi belə idi ki, cənab Əsəd yarana biləcək keçid hökumətində olmalıdır.
Sentyabrda Rusiya "İslam Dövləti" (İD) qruplaşmasının Suriyadakı hədəflərinə havadan zərbələr endirib. Bunu Suriyanın xahişilə edən Rusiya həm Əsədə qarşı vuruşan üsyançı qüvvələr, həm də İD qarşısında xeyli məğlubiyyətlərlə üzləşib.
Həmçinin oxu: <link type="page"><caption> Mütəxəssislər: Moskvada Əsədin getməli olduğuna dair fikir yetişir</caption><url href="http://www.bbc.com/azeri/international/2015/10/151028_iran_syria_talks_vienna" platform="highweb"/></link>
Ötən ay Dəməşqdə Rusiya millət vəkillərilə görüşən cənab Əsəd Moskvaya, dəstəyinə görə təşəkkür edib və bildirib ki, "terrorçu" qrupların aradan qaldırılması Suriyanın problemlərini həll edəcək.
ABŞ bildirib ki, Prezident Əsədin yalnız qısa keçid dövrü zamanı hakimiyyətdə qalmasına razılaşar, ondan sonra isə Əsəd "getməlidir".
Çərşənbə axşamı Rusiyanın Xarici İşlər Naziri Mixail Boqdanov deyib ki, Moskva gələn həftə Suriya hökumət rəsmiləri və müxalifəti arasında danışıqlara ev sahibliyi etməyə hazırlaşır.
Həmçinin oxu: <link type="page"><caption> Putin üçün Suriya sınağı</caption><url href="http://www.bbc.com/azeri/international/2015/10/151027_putin_syria_analysis_kendall " platform="highweb"/></link>
<link type="page"><caption> Suriya böhranında əsas ölkələr hansıdır?</caption><url href="http://www.bbc.com/azeri/international/2015/10/151029_syria_us_russia_iran_turkey" platform="highweb"/></link>
_________________________________
Suriyada niyə müharibə gedir?
Hökumət əleyhinə etirazlar 4 ildir ki, davam edərək dalana girən vətəndaş müharibəsilə nəticələnib. Əsəd hökuməti, İslam Dövləti qruplaşması, çoxsaylı Suriya üsyançıları və kürd döyüşçüləri müxtəlif ərazilərə nəzarət edirlər.
Kimi kimə qarşı vuruşur?
Paytaxt Dəməşq, ölkənin mərkəzi və qərbində yerləşən hökumət qüvvələri, İslam Dövləti qruplaşmasına, ən-Nüsrə cəbhəsinə və ölkənin şimalı ilə şərqindəki daha azsaylı “mötədil” üsyançı qruplarına qarşı vuruşur. Bu qruplar həmçinin bir-birilə vuruşurlar.
İnsan itkilərinin sayı nə qədərdir?
Münaqişədə 250,000 suriyalı öldürülüb və milyondan artıq adam yaralanıb. Daha 11 milyona yaxın insan evlərini tərk etməyə məcbur olub. Onlardan 4 milyonu ölkə xaricinə gedib. Bu rəqəm sayı artmaqda olan Avropaya yollananları da əhatə edir.
Dünya necə reaksiya verib?
İran, Rusiya və Livandakı Hizbullah hərəkatı əl-Əsəd hökumətinə dəstək verir. Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər, ABŞ, Britaniya və Fransa ilə yanaşı sünnilərin çoxluq təşkil etdiyi daha mötədil müxalifəti dəstəkləyirlər. Hesab edilir ki, Hizbullah və İran Suriyada qoşun və zabitlərə malikdir. Bu arada Qərb rəhbərliyilə yaradılmış koalisiya və Rusiya hava zərbələri həyata keçirir.

























