Turkiyədə Gülenin 35 tərəfdarı tutulub

Vaxtilə Recep Tayyip Erdoğan və Fətullah Gulən müttəfiq olublar
Şəklin alt yazısı, Vaxtilə Recep Tayyip Erdoğan və Fətullah Gulən müttəfiq olublar
Çap edildi

Türkiyə polisi mühacirətdə yaşayan dini xadim Fethullah Gülenlə əlaqələri olmaqda şübhəli bilinən 35 nəfəri həbs edib.

Hizmet dini hərəkatının lideri Fethullah Gülen Türkiyə rəsmiləri tərəfindən höküməti devirməyə cəhd etməkdə, paralel dövlət sistemi qurmaqda ittiham olunur.

Prezident Erdoğan Gülen tərəfdarlarını "dövlət içində dövlət" yaratmaqda ittiham edib.

Türkiyə mediasının bildirdiyinə görə, həbs olunanlar arasında yüksək rütbəli məmurlar və polis zabitləri də var.

Vaxtilə Fetullah Gülen prezident Recep Tayyip Erdoğanın müttəfiqi olub.

Lakin sonradan onların münasibətləri pozulub və nəticədə, Gülen hazırda ABŞ-da mühacirətdə yaşayır.

Türkiyə məhkəməsi 2014-ci ildə Gülenin həbsinə qərar verərək onu "terrorçu silahlı qruplar" yaradaraq idarə etməkdə ittiham etmişdi.

Bu ittihamı Gülenin özü qətiyyətlə rədd edir.

Son seçkilər Recep Tayyip Erdoğanın bacarıqlı siyasətçi olduğunu göstərdi.
Şəklin alt yazısı, Son seçkilər Recep Tayyip Erdoğanın bacarıqlı siyasətçi olduğunu göstərdi.

Recep Tayyip Erdoğan Hizmet hərəkatının təsir dairəsini 2013-cü ildən məhdudlaşdırmağa çalışır.

_____________________________________________

Hizmet hərəkatı

  • Hizmet ("Xidmət") dünyada Gülen hərəkatı kimi tanınan hərəkatın Türkiyədəki adıdır
  • Hərəkat İslami xətib Fethullah Gülenin tədrisinə köklənir
  • Hizmet hərəkatının 150-dən çox ölkədə milyonlarla tərəfdarı var
  • Gülen Anadolu sufiliyindən bəhrələnən təməl səciyyəli Sünni Hənəfi müsəlman alimidir
  • 150-dən çox ölkədə milyonlarla tərəfdarı var
  • Gülençilər, deyilənə görə, qazanclarının 5%-20% arası payını ianə kimi hərəkatla əlaqəli qurumlara köçürürlər
  • Hərəkat Qazaxıstandan Keniyayadək tutmuş ölkələrdə fəaliyyət göstərən yüzlərlə İslam məktəbini, təhlil mərkəzlərini maliyyələşdirir.
  • SSRİ dağıldıqdan sonra 1991-ci ildə, ilk olaraq, hərəkat Mərkəzi Asiyaya fəaliyyətə başlayıb

______________________________________________________

Ötən həftə Gülenlə əlaqəli olan media qrupunun mənzil qərargahında keçirilmiş polis reydi ölkədə parlament seçkiləri ərəfəsində media azadlıqlarının vəziyyətinə dair narahatlığı artırdı.

Artan gərginlik

Bazar günü hakim AKP partiyasının seçkilərdə qələbəsi ölkədə gərginliyin artması ilə bağlı narahatlıq dövrünə təsadüf edib.

Ötən ay Ankarada 100-dən çox adamın ölümü ilə nəticələnmiş qoşa partlayışlar törədiləndən sonra Türkiyə İD qrupuna qarşı əməliyyatları intensivləşdirib.

Türkiyə ordusu bazar ertəsi İraqın şimalında PKK silahlılarının bazalarına havadan zərbələr endirib.

Ordunun çərşənbə axşamı yaydığı məlumata əsasən, Türkiyə təyyarələri Qəndil dağlıq ərazi də daxil 6 dislokasiyada yerləşən PKK sığınaqları, bunkerləri və silah anbarlarına zərbə endirib.

İyul ayında Türkiyə təhlükəsizlik qüvvələrilə PKK silahları arasında iki il sürən atəşkəsin pozulduğunu işarələmiş toqquşmalar yenidən başlayandan bəri Türkiyə ordusu PKK hədəflərini vurmaqda davam edir.

Image caption Türkiyə PKK-nı terrorçu təşkilat sayır
Şəklin alt yazısı, Image caption Türkiyə PKK-nı terrorçu təşkilat sayır