Tehranda KFC brendi altında açılan restoran bağlanılıb

Restoran sahibi brendin ABŞ-dakı KFC şirkətinə aidiyyəti olmadığını deyir.
Şəklin alt yazısı, Restoran sahibi brendin ABŞ-dakı KFC şirkətinə aidiyyəti olmadığını deyir.
Çap edildi

Tehranda KFC brendi altında açılmış restoran 1 gün fəaliyyət göstərdikdən sonra polis tərəfindən bağlanılıb.

Polis bağlanmanın səbəblərini izah etməyib.

Yerli jurnalistlərin ehtimallarına əsasən, bu restoran ABŞ mənşəli brendlə bağlı ola bilər.

İranda brendin istifadəsinə icazə vermədiyini bildirən ABŞ-dakı KFC şirkətinin rəhbərliyi bağlanmış restoran sahiblərinə qarşı məhkəmə iddiası qaldırmağa hazır olduğunu bəyan edib.

Restoran sahibləri ABŞ şirkətinə aidiyyəti olmadığını bildiriblər. Onlar Türkiyədə məşhur olan "Halal KFC" brendi altında işlədiklərini deyirlər.

"Biz Türkiyədəki Halal KFC brendinin tərkibiyik. O müsəlmanlara məxsusdur və müsəlman ölkələrinin bazarlarını hədəfləyir", - restoranın rəhbəri İranın Tasnim agentliyinə bildirib.

Abbas Pazuki Türkiyədəki "Halal KFC"-nin "ABŞ-dakı KFC-ə rəqib" olduğunu deyib.

Restoranda ümid edirlər ki, polis öz qərarını yenidən nəzərdən keçirib restoranın açılmasına icazə verəcək.