Aİ Türkiyəni demokratiya və insan haqlarına görə tənqid edib

Jurnalistlərə qarşı cinayət işləri media azadlığını məhdudlaşdırıb, Komissiya qeyd edib.
Şəklin alt yazısı, Jurnalistlərə qarşı cinayət işləri media azadlığını məhdudlaşdırıb, Komissiya qeyd edib.
Çap edildi

Avropa Komissiyası Türkiyəni insan haqları və demokratiya sahəsində ciddi nöqsanlara yol verməkdə ittiham edib.

Türkiyənin Avropa İttifaqına qəbul olunması perspektivinə dair illik hesabatda deyildiyinə görə, son 2 il ərzində ölkədə ifadə azadlığı, ədliyyə və yeni qanunlar sahəsində Aİ standartları baxımından ciddi geriləmə baş verib.

Hesabat miqrant böhranı məsələsinin həllində Aİ-nin Türkiyənin yardımına ehtiyacının yarandığı dövrə təsadüf edib.

Miqrant böhranı ilə bağlı Aİ və Türkiyə arasında aparılmış danışıqlara görə hesabat bir qədər gecikdirilib.

BBC-nin Brüsseldə müxbiri Chris Morris hesab edir ki, Avropa Komissiyası Türkiyəni bu hesabatda bir qədər yumşaq tərzdə tənqid edib.

Müxbirin sözlərinə görə, Erdoğanın adı çəkilməsə də, hesabatda Turkiyə prezidenti tənqid olunur.

İfadə azadlığı sahəsində bir neçə illik tərəqqidən sonrakı son iki ildə çiddi geriləmələrə yol verilib.

Təhlükəsizlik mühitinin xeyli pisləşməsi PKK ilə sülh danışıqlarını labüd edir, hesabatda deyilib.

Jurnalistlərə qarşı cinayət işləri media azadlığını məhdudlaşdırıb, internet qanununa düzəlişlər Avropa standartlarından geriyə atılan addımdır, Komissiya qeyd edib.

Ədliyyə müstəqilliyi və hakimiyyət bölgüsü sahəsində də geriləmə baş verib, hesabatda bildirilib.