Sankt-Peterburq hospitalında iki tibb bacısı öldürülüb

Sankt Peterburq
Şəklin alt yazısı, Şübhəlilərin axtarışı üzrə əməliyyat keçirilir
Çap edildi

Rusiyanın Sankt-Peterburq şəhərindəki hərbi dairə hospitalında iki tibb bacısı namalum şəxslər tərəfindən qətlə yetirilib, hərbi mənbələrə istinadən mətbuat xəbər verir.

Cinayətin törədilməsində hospitalda müalicə olunan üç hərbçi şübhəli bilinir. Onların üçü də hadisədən sonra yoxa çıxıb.

Hazırda şübhəlilərin axtarışı üzrə əməliyyat keçirilir.

Yerli mediaya əsasən onlardan biri hərbi akademiyanın kursantıdır. Daha iki nəfərin isə sıravi hərbçi olduğu bildirilir.

Agentliklərin mənbələrinə istinadən qətlin təşkilatçısı Daxili Qoşunların hərbçisi ola bilərdi. Hərçənd ki, bu məlumat rəsmilər tərəfindən təsdiqlənməyib.

Əməliyyat gedişatında yataqxana və hotellərdə axtarışların keçiriləcəyi bildirilir.

Şəhər vağzallarının nəzarət altına alındığı barədə də məlumat yayılmaqdadır.