Lavrov Yerevana səfər edir

İki gün davam edəcək rəsmi səfərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılacaq
Şəklin alt yazısı, İki gün davam edəcək rəsmi səfərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılacaq
Çap edildi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanlı həmkarı ilə görüşmək üçün aprelin 21-də Yerevana səfərə gedir, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

İki gün davam edəcək rəsmi səfərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılacaq.

"Moskva ümid edir ki, onun diplomatik səyləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində uzunmüddətli atəşkəsin əldə olunması ilə nəticələnəcək", xanım Zaxarova bildirib.

Aprelin 6-da bakıda keçirilən Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü çərçivəsində Sergey Lavrov Azərbaycana səfər etmişdi.

Səfər aprelin 2-ə keçən gecədən başlayaraq Dağlıq Qarabağın cəbhə boyu rayonlarında "qızğın döyüşlər" başlamasından 3 gün sonra tərəflərin atəşkəs üçün razılaşmasının fonunda baş verib.

Dağlıq Qarabağla bağlı ATƏT-in Minsk qrupunun apardığı sülh danışıqlarında Rusiya ABŞ və Fransa ilə eyni tərkibdə iştirak edir.