Xəzər dənizində Rusiya tankeri yanır

Tankerdə yanğın Azərbaycan sahilindən təqribən 110 km məsafədə baş verib.
Şəklin alt yazısı, Tankerdə yanğın Azərbaycan sahilindən təqribən 110 km məsafədə baş verib.
Çap edildi

Xəzər dənizində Rusiya bayrağı altında üzən tankerdəki yanğının söndürülməsinə Azərbaycan gəmiləri və aviasiyası cəlb olunub.

PALFLOT 2 tankerində baş verən yanğın bir nəfərin ölümünə bais olub, BBC Rus Xidmətinə Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Nazirliyin nümayəndəsi gəmi mexanikinin həlak olduğunu deyib. Heyətin daha 10 üzvü təxliyə edilib. Onların Həştərxana çatdırılacağı bildirilir.

Yanğın barədə xəbər şənbə günü yayılıb. "Türkmənistanın ərazi sularında" baş verən yanğının söndürülməsinə Azərbaycana məxsus gəmi və helikopterlər cəlb olunub.

"Hazırda Fövqəladə Hallar Nazirliyinin “Mİ-17-1V“ və “KA-32“ helikopterləri və “Vixr-5“ gəmisi,Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Caspian Voyager”, “Caspian Protechtor”, “İslay” və “Jura” gəmiləri yanğının söndürülməsi əməliyyatını həyata keçirir", - Fövqəladə Hallar Nazirliyinin, Dövlət Dəniz Adminstrasiyasının və “Azərbaycan Dövlət Dəniz Gəmiçiliyinin” QSC-nin birgə məlumatında deyilir.

Tankerdə yanğın Azərbaycan sahilindən təqribən 110 km məsafədə baş verib.

Bu arada Rusiya Fövqəladə Hallar Nazirliyi yanğın söndürmə üzrə işlərin davam etdirilməsini məqsədəuyğun hesab etmir. Məlumata əsasən bu qərar gəminin sahibi ilə razılaşdırılıb.

Yanğının təbii yolla sönməsindən sonra tankeri batızdıracaqlar. Bu məlumatı yayan TASS agentliyi yanğın vaxtı göyərtədə neftin olmadığını qeyd edir.