Qroznı: polis postuna hücumda 6 əməkdaş yaralanıb

Şəklin mənbəyi, Reuters
Çap edildi
Qroznıda 6 polis əməkdaşı yaralanıb.
Hadisə iki silahlı şəxsin şəhərə daxil olmağa cəhd etdikləri zaman baş verib, Çeçenistan respublikası DİN-in mətbuat xidməti bildirib.
İdarənin məlumatına görə, hücum edənlərdə qumbara və partlayıcı maddə olub.
"İlkin məlumata görə, hücum edənlərlə atışma zamanı 6 polis əməkdaşı yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır”, DİN mətbuat xidmətinin məlumatında qeyd olunub.
Bundan əvvəl güc strukturlarındakı mənbə İnerfax agentliyinə hücumun yerli vaxtla 6:30-da edildiyini bildirmişdi.
Hadisə zamanı hücum edənlərdən biri özünü partladıb.




















