Moskvada Qələbə günü ilə bağlı parad keçirilib
Moskvanın Qızıl meydanında Böyük Vətən müharibəsində qazanılmış qələbənin 71-ci il dönümü ilə bağlı hərbi parad keçirilib.
Rusiya Müdafiə nazirliyinin məlumatına əsasən, paradda 10 min hərbi qulluqçu, 100-dən artıq müasir silah sistemi və hərbi texnika nümunələri iştirak edib.
Rusiya silahlı qüvvələrinin paradında ilk dəfə olaraq qadın hərbi qulluqçulardan təşkil olunmuş nümunəvi bölüm iştirak edib.
Paradda nümayiş etdirilmiş hərbi texnikanın hərəkətini T-34 tankı açıb. Onun ardınca "Tiqr" zirehli avtomobilləri, "Armata" müasir tankları, "Msta-S" və "Koalisiya-SV" qurğuları və digər hərbi texnika hərəkət edib.
Hərbi paradda təyyarələr də iştirak edib, Qızıl meydanın üzərindən 71 hərbi təyyarə uçub.
Parada Rusiya Quru qoşunları komandanı Oleq Salyukov rəhbərlik edib, paradı Rusiya medafiə naziri Sergey Şoyqu qəbul edib.

Şəklin mənbəyi, Getty
Moskvanın Qızıl meydanında keçən paradı Rusiya prezidenti Vladimir Putin izləyib.
Parada toplaşanlar qarşısında etdiyi çıxışında Vladimir Putin terrorçuluğa qarşı mübarizədə və müasir bloklar xarici təhlükəsizlik sistemi çərçivəsində Rusiyanın bütün dünya ilə əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib.
























