Hava şarı ilə 11 gün səmada: dünya rekordu "qırılıb"

Şəklin mənbəyi, AP
Rusiyalı macəraçı Yer kürəsi ətrafında fasiləsiz uçaraq yeni rekord müəyyənləşdirib, onun ekipajı bəyan edib.
Fyodor Konyuxovun şarı 11 gün əvvəl səyahətinə başladığı Avstraliyanın Northam şəhərindəki hava limanının üzərindən keçib.
Dünya Hava İdman Növləri Federasiyası onun rekordunu təsdiqləyərsə o, 2002-ci ildə amerikalı Steve Fossettin ondan iki gün çox olmaqla müəyyən etdiyi rekordu yeniləyəcək.
65 yaşlı Konyuxovun şənbə günü Northamı keçdikdən 3 saat sonra yerə enib.
"O sağlamdır, xoşbəxtdir. Heyrətlidir", onun komandasından John Wallington bildirib.
"Rekord qırılıb, şübhəsiz. O başladığı yerə gəlib çatdı."

Şəklin mənbəyi, Getty
Macəraçının oğlu Oscar cümə günü Avstraliyanın ABC televiziyasına bildirib: "Bu, çox çətin idi.. Hind Okeanının üzərində bir neçə gecə Avstraliyadan daha çox Antarktidaya yaxın olub. Amma o deyir ki, hər şey qaydasındadır."
Konyuxov yerə endikdən sonra Avstraliya mediası ondan sitat gətirib: "Sivilizasiyadan bu qədər uzaq və cənuba çox yaxın olmaq qorxuludur. Bu, tənhalıq hiss yaradır. Nə yer var, nə təyyarələr, nə də gəmilər".
Konyuxovun marşrutu Yeni Zelandiya, Sakit okean, Cənubi Amerika, Yaxşı Ümidlər burnu və Cənub Okeanı olmaqla Avstraliyadan başlayıb.
Onun komandası bildirib ki, 56 metr hündürlüyündə olan və helium və isti hava ilə idarə edilən şar 11 gün altı saat göydə olub. Bununla da, dünya rekordu yenilənib.
2002-ci ildə Northamdan səyahətə başlayan amerikalı Fossettin marşrutu 13 gün və 8 saat çəkib.
Dünya Hava İdman Növləri Federasiyası tərəfindən məsələyə hələlik şərh verilməyib.
























