Azərbaycan "ATƏT PA olmadan da" seçkiləri keçirəcək

Şəklin mənbəyi, OSCE
Azərbaycan "ATƏT PA, Avropa Parlamenti və digərləri olmadan da" parlament seçkilərini keçirəcək, Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi bəyanat yayıb.
Bununla yanaşı nümayəndəlik ATƏT Parlament Assambleyasının Azərbaycandakı seçkilərdə iştirakdan imtina etməsinin təəssüf doğurduğu bildirib.
DTİHB seçkiləri müşahidə etməyəcəyi barədə qərarını sentyabrın 11-də açıqlayıb.
"Azərbaycanın tətbiq etdiyi məhdudiyyətlərə görə parlament seçkiləri müşahidə missiyasını ləğv etmək məcburiyyətindəyik", qurumun direktoru Michael Georg Link <link type="page"><caption> deyib</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150911_osce_election_observation_cancellation.shtml" platform="highweb"/></link>.
Azərbaycan nümayəndəliyi qeyd edib ki, əməkdaşlıqdan imtina edən Azərbaycan deyil, buna görə də seçkilər "ATƏT PA, Avropa Parlamenti və digərləri olmadan da" keçiriləcək, APA yazır.
"Direktor Link tərəfindən qəbul edilən qərar ATƏT-in 1994-cü il sammitində qəbul edilmiş prosedurların pozulması deməkdir. ATƏT-ə üzv dövlətlər tərəfindən öhdəliklərin yerinə yetirilmədiyi halda, DTİHB məsləhətləşmələr aparmalı idi. Lakin o, bunu etməyib və özbaşına qərar qəbul edib", deyən nümayəndəlik bu halı "mandatın pozulması" kimi dəyərləndirib.
Bəyanatda deyilir ki, Azərbaycan "hazırkı inamsızlıq əsasında" əməkdaşlığı davam etdirə bilməz.
ATƏT DTİHB-nin seçkiləri izləmək üçün Azərbaycana 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçi göndərmək niyyəti olub.
Amma Azərbaycan XİN-i 9.5 milyon əhalisi və 125 seçki dairəsi olan Azərbaycana bu qədər müşahidəçi göndərmək istəyinin heç bir məntiqə sığmadığını" <link type="page"><caption> bildirib</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/10/151013_osce_odihr_azerbaijan" platform="highweb"/></link>.

























