Konstitusiyanı smartfon kimi yeniləmək: Kataloniyanın ayrılması barədə mübahisələr

Barselona
    • Müəllif, Yelizaveta Foxt, Sergey Qoryaşko
    • Vəzifə, BBC Rus Xidməti
  • Çap edildi

Kataloniya parlamenti müstəqilliyini elan etməyə hazırlaşır, rəsmi Madrid isə bunun qeyri-qanuni olduğunu elan edir və separatçılarla danışıqlardan imtina edir.

BBC-nin Rus xidmətinin əməkdşları Barselonaya yollanaraq kataloniyalılardan qeyri-qanuni elan edilən referendumdan sonra müstəqillyə yenə də nail olmaq niyyətində olub-olmadıqlarını soruşublar.

Müstəqil və silahsız

Barselonanın mərkəzində bilyard barında səsli-küylü bir qrup. İştirakçılar pivə içir, fəal söhbət edir, kənardan işdən sonra istirahət etməyə gələn yoldaşlar təsiri bağışlayırlar.

Lakin masanın üstündə Si ("Bəli") yazılmış bayraq var, hadisələr İspaniyanı iki qütbə ayıran müstəqillik referendumundan 3 gün sonra baş verir. Toplaşanlar isə məşhur siyasi müzakirə klubunun üzvləridir.

"Bizim burda bir qəsdimiz var",- deyə müzakirəni aparmağa dəvət edilən Adria Alsina zarafat edir.

Adria Alsina müstəqilliyi dəstəkləyən böyük hərakat - Kataloniya Milli Assambleyasının mətbuat katibidir.

Düz saat 9-da ofisiantlar musiqinin səsini alaraq idman kanalından xəbərlər kanalına keçid edirlər. Toplaşanlar tamamilə sakitlikdə Kataloniyanın hökumət başçısı Carles Puigdemont-un müraciətini izləyirlər.

line

Bu çıxış İspaniya kralı VI Felipe-nin bəyanatına cavabdır. Çərşənbə axşamı kral Kataloniya rəhbərliyinin ölkə konstitusiyasını pozduğunu bəyan edib.

İspaniya baş naziri Mariano Rajoy isə "referendumun olmadığını" söyləyərək səsverməni saxta adlandırmışdı.

Barışdırıcı mövqedən çıxış edən Puigdemont ispanları danışıqlara çağırır. Alsina da bu mövqedədir, amma o, İspaniyanın güzəştlərə gedəcəyinə inanmır. Kataloniya lideri Madridin gələcəkdə hərbi müdaxiləyə qədər təzyiq göstərəcəyindən ehtiyat edir.

Qanunu dəyişmək lazımdır?

Barselona bələdiyyəsindəki "Kataloniya solçu respublikaçılar" partiyalar qrupunun lideri Alfred Bosch da Kataloniya rəhbərliyinin İspaniya hökumətilə danışıqlara həqiqətən cəhd etdiyinə əmindir.

Adria Alcina
Şəklin alt yazısı, Adria Alcina bilyard barında müzakirə aparır

"Biz masa arxasına oturub bir-birimizin əlini sıxmaq istəyirirk. Lakin bizə hansısa danışıqlar təklif edən yoxdur, bizə yalnız itaət etməyi təklif edirlər". Buna görə də Bosch belə danışıqlarda bir məna görmür: "Kərpic divarla danışmağın nə mənası var?"

Kralın çıxışından Bosch fərqli bir şey gözləmiridi. Qanun baxımından İspaniya kralı haqlıdır: Kataloniyanın İspaniyanın tərkibindən ayrılması regionaların öz müqəddəratını təyin etməsini nəzərdə tutmayan ölkə konstitusiyasının pozulması deməkdir.

"Əgər qanun azadlıq verə bilmirsə, o zaman qanunu dəyişmək lazımdır", - deyə Bosch belə cavab verir.

Referendum günü Alsina səsverməyə mane olmağa çalışan polislərdən bülletenleri qorumaq üçün səsvermə məntəqəsində gecələyib.

Alfred Bosch
Şəklin alt yazısı, Alfred Bosch kataloniyalıların danışıqlara hazır olduğundan əmindir

Polislə qarşıdurma zamanı 900 nəfər xəsarət alıb, onlardan 884 nəfəri tibbi yardım almaq üçün müraciət edib.

Əgər Kataloniya rəhbərliyi polisin davranışlarını tənqid edirsə və polis zorakılığına Avropa İttifaqının (Aİ) reaksiya vermədiyinə təəccüblənirsə, bunun əksinə olaraq İspaniya baş naziri Mariano Rajoy asayişi qoruduğu üçün polisi tərifləyir.

line

Oktyabrın 6-da İspaniya hökumətinin Kataloniyadakı nümayəndəsi Enric Milyo muxtar vilayətin müstəqilliik referendumu günündə polisin davranışlarına görə üzr istəyib. Siyasətçi bu bəyanatı yerli televiziya vasitəsilə verib. Onun sözlərinə görə, polis yalnız qeyri-qanuni referendumda səsverməyə mane olmağa çalışıb. "Lakin mən insanların döyüldüyü, itələndiyi şəkilləri və onların xəstəxanaya yerləşdirilidiyini görən zaman bundan kədərlənməyə bilmirəm. Polislərin adından üzr istəyirəm", - deyə ispan hökumətinin nümayəndəsi bildirib.

line

Alsina bu dəfə oktyabrın 9-da rəsmən müstəqilliyini elan etməyə hazırlaşan Kataloniyanın parlament binasında gecələməyə hazırlaşır.

"Əgər ispan hərbçilərin parlamentə daxil olmağa cəhd göstərməsi şəraitində seçicilərinin səsini qorumaq lazım gələcəksə, qoy belə olsun", - Alsina deyir.

Lakin bu zaman Alsina İspaniya Konstitusiya Məhkəməsinin Kataloniya parlamentini bu iclası keçirməsini rəsmən qadağan edəcəyindən xəbərsizdir.

Barselonada tanklar?

"Müstəqillik uğrunda Kataloniya həmrəyliyi" koalisiyasının mətbuat katibi Enrique Folk Barselonaya tankların gələcəyini gözləyir.

Enrique Folk
Şəklin alt yazısı, Enrique Folk İspaniyanın güc vasitələrinə əl atacağına inanır

O həmçinin İspaniyanın güc vasitələrinə əl atmağa hazır olduğuna da inanır. Madrid hələ ki, rəsmən güc tətbiq edəcəyini vəd etməyib, lakin şəhərdə regiona ordunun yeridiləcəyi barədə şayiələr dolaşır.

Referendum günü polislərin qəddar davranışları insanlarda dərin iz buraxıb.

Kataloniyanın öz ordusu yoxdur, əhali vətəndaş müharibəsi ab-havasında deyil. Lakin birbaşa qarşıdurma baş verəcəyi təqdirdə müstəqllik tərəfdarları yatırdılacaq.

Bosch buna əmindir. Onun sözlərinə görə, kataloniyalılar müstəqilliyə sülh yolu ilə nail olacaqlarını qeyd edib.

Kataloniyadakı vəziyyət Avropadakı digər separatizm hadisələriylə müqayisə olunmayan xüsusi haldır.

Siyasətçilər və yerli sakinlər bu qənaətdədirlər. Kataloniyada inanırlar ki, əgər Madrid razılaşdırılmış səsverməni dəstəkləsəydi, vahid İspaniya tərəfdarlarıı daha asan qələbə qazanardılar.

Güc vasitəsilə referenduma mane olmaq cəhdi və İspaniya hökumətinin son bəyanatı yalnız ayrılmağa tərəddüdlə yanaşan kataloniyalıların da müstqəqilliyə səs vermək qətiyyətini artırıb.

Kataloniya hökumətinin məlumatına görə, səsvermədə iştirak edən 42% seçicinin 90 faizi müstəqilliyi dəstəkləyib. Referendumdan əvvəl keçirilən sorğu isə fərqli nəticə göstərib.

DYM institutunun məlumatına görə, iyulda Kataloniyanın ayrılmasını regionun 65,4% sakini dəstəkləyib, 28,4%-i qarşı çıxıb, 6,2%-i isə cavab verməkdə çətinlik çəkib.

Niyə görə Barselonada müstəqillik uğrunda mübarizə bənzərsizdir?

Alsina-nın sözlərinə görə, Kataloniyadakı vəziyyəti Afrikada və Cənubi Amerikada baş verənlərlə müqayisə etmək olmaz.

Çünki, Kataloniyada yaşayış səviyyəsi müqayisə edilməyəcək dərəcədə yüksəkdir: "Bizim bütün demokratiya təsisatlarımız var, bizim insan haqlarımız, təhsilimiz var. Və ən əsası biz Avropayıq".

Universitet meydanı
Şəklin alt yazısı, Minlərlə insan universitet meydanına toplaşaraq referendum zamanı polisin qəddar davranışlarına etiraz ediblər

Bununla yanaşı Kataloniyanı inkişaf etmiş ölkələrdə baş verən hadisələrlə bir sıraya da qoymaq olmaz.

Milli Assambleyanın mətbuat katibi belə fikir yürüdür. Alsina Böyük Britaniya və Kanadanın öz regionlarına - Şotlandiya və Kvebekə referendum keçirməsinə icazə verdiyini xatırlayır.

Lakin əhali ayrılmağın əleyhinə səs verdi.

"Bizə isə heç bir halda referendum keçirməyə icazə vermirlər", - deyə Alsina xatırladıb.

Bosch-un sözlərinə görə, kataloniyalılar üçün etirazın ən yaxşı forması Baltik separtizmi ənənəsidir.

O, sakinlərin Tallin, Riqa və Vilnusu birləşdirərək 600 kilometr uzunluqda canlı sipər qurduqları "Baltik yolu" aksiyasını xatırlayır. Siyasətçi bunun zorakılıq olmadan müqavimət göstərməyə ən yaxşı nümunə olduğunu deyir.

Nümayiş
Şəklin alt yazısı, Əgər Kataloniya müstəqil olsaydı, adambaşına düşən ÜDM-ya görə, İspaniyanı qabaqlayaraq Aİ ölkələri arasında 12-ci yeri tutardı

Bosch əlavə edib ki, kataloniyalılar tərəfindən aqressiya Madridə onları XX əsrdə İspaniyanın şimal regionunda Basklar ölkəsinin müstəqilliyini tələb edən bask separatçılarına bərabər tutulmaq imkanı verə bilər.

"Madrid terrorçularla danışıqlar aparmaq istəmədiyini söyləyəcək. Bundan başqa, bizə vəziyyəti yoluna qoymaq üçün bütün demokatik addımlardan istifadə etdiyimizi görən dünya ictimaiyyətinin təsdiqi də lazımdır.

Yalnız bu bizə gələcəkdə özlərini müstəqil elan edən, amma heç bir ölkə tərəfindən tanınmayan ölkələrin taleyini yaşamamaq imkanı verə bilər", - deyə siyasətçi bildirib.

Kataloniya və Krım

Rusiyanın bəzi kütləvi informasiya vasitələrində Kataloniyanın Krımla müqayisə olunmaısını kataloniyalılar düzgün hesab etmirlər.

Barselona eyvanları
Şəklin alt yazısı, Barselona eyvanlarında referedumu dəstəkləyən bayraqlar

"Orada hərbi müdaxilə olmuşdu. Bunu bizimlə müqayisə etmək olmaz, çünki bizdə açıq cəmiyyət və açıq prosses var. Biz digər qüvvələrdən kömək istəmirik", - deyə Alsina izah edib.

O, diqqəti Kataloniyanın müstəqillik uğrunda mübarizəni on illərdir apardığına, Krımda isə bu məsələnin 2 həftə içində həll edildiyinə yönəldib.

Ümumilikdə isə Milli Assambleyanın mətbuat katibi Rusiya siyasəti mövzusunu müzakirə etməyə elə də həvəsli deyil.

"Müstəqillik uğrunda Kataloniya həmrəyliyi " koalisiyasının mətbuat katibi Enrique Folk dəfələrlə Rusiyada olub.

2015-ci ildə antiqlobalistlərin Moskvada keçirilən qurultaynda çıxış edən Folk orada Kataloniyanın İspaniyadan ayrılması planları barədə danışıb.

Onun sözlərinə görə, Rusiya antiqlobalistləri bu ideyanı müsbət qarşılayıblar.

Folk Krım mövzusunu müzakirə etməkdən qətiyyətlə imtina edir. Bir il əvvəl "İzvestiya" qəzeti ona istinad edərək Kataloniyanın Krımı Rusiyanınkı olaraq tanıyacağını və müstəqillik əldə edəcəyi təqdirdə sanksiyalardan imtina edəcəyini yazmışdı.

Folk belə bir söz demədiyini iddia edərək məqalənin ona ciddi ziyan vurmasından kədərləndiyini bildirib.

BBC-nin solçu kataloniyalı siyasətçilər arsındakı həmsöhbətlərindən biri Krımdakı referendumun nəticələrini qəbul edəcəyini etiraf edib.

Onun fikrincə, krımlılar həqiqətən uzun müddət Rusiyanın bir hissəsi olmağa cəhd ediblər.

Yeri gəlmişkən, o, siyasi karyerası üçün qorxduğuna görə, məqalədə adının və vəzifəsinin qeyd edilməməsini xahiş edib- Qərb ölkələri Krımı işğal edilmiş ərazi hesab edir.

"Avropada məni dəli adlandırarlar",-deyə həmsöhbət zarafat edir.

Barselona

"Qazan etirazları"

Axşam saat 10-da məcazi mənada sanki qulaqlarda təbil çalınır: şəhər sakinləri balkona və pəncərəyə çıxaraq qazanları döyəcləməyə başlayırlar. "Qazan etirazları" sentyabr ayından başlayaraq hər gün müxtəlif səbəblərdən keçirilir: sentyabrda referendumu hazırlayan məmurların həbsi, baş nazir Rajoy-un və kral Felipe-nin çıxışı... Sakinlər bu yolla Madrid siyasətinə öz narazılıqlarını bildirirlər .

Şəhərdə hər yerdə Kataloniyanın qırmızı-sarı bayraqları, Kataloniyanın İspaniyadan ayrılmasına dəstək verən Si ("Bəli") yazılı bayraqlar, "Hola democracia" ("Salam, demokratiya") plakatları asılıb.

Həmin rəmzlərin olduğu etiketlər hər yerdə var: evlərin divarlarında, yol nişanlarında, avtomobillərdə, poçt qutularında və hətta zibil qutularında.

Belə təəssürat yaranır ki, bütün şəhər referendumu dəstəkləyib və artıq İspaniyadan ayrılıb. Kağız üzərində olmasa da, xəyalən. Lakin reallıqda hər şey daha mürəkkəbdir.

"Hər kəs öz müstəqilliyinə səs verməyə başlasa bu absurd olar"

75 yaşlı Mario-nun barına əsasən futbola baxmağa gəlirlər. Barın divarlarında ispan klublarının şərfləri asılıb.

Lakin bu şərflərin arasında şəhərin rəğbət qazanan "Barcelona" klubunun şərfi yoxdur.

Mario
Şəklin alt yazısı, Mario üçün əsas məsələ onun biznesidir, o, referendumda iştirak etməyib.

Lakin barın ən yaxşı yerində "Selta"nın rəmzi asılıb.

Bu klub Mario üçün doğma olan Galicia klubudur. Mario bir neçə il əvvəl Qalisiyanı tərk edərək Kataloniyaya gəlib. Mario referendumda iştirak etməyib.

Onun fikrincə, bu referendum regionların öz müqəddəratını müəyyən etməsini nəzərdə tutmayan ölkə konstitusiyasına ziddir.

Lakin o İspaniya hökumətinin güc tətbiq edərək vəziyyəti böhran halına gətirməsiylə ciddi səhvə yol verdiyi fikriylə razılaşır.

"Güclü dövlət belə səhvlərə yol verməməlidir. Lakin hər kəs öz müstəqilliyinə səs verməyə başlasa bu absurd olar!".

Mario-nun fikrincə, hər kəs oyunun tək qaydasına hörmət etməlidir. O, bizi hansı ölkənin bayrağı altında yaşamağın şəxsən onun üçün bir fərqi olmadığına əmin edir: mənim kafem yerində qalacaq, mənim üçün başlıca məsələ biznesimi qorumaqdır.

Siyasət haqqında fikir yürüdən zaman Mario bir saniyə də olsa müştərilərə xidmət etməkdən yayınmır: qəhvə aparır və ənənəvi Kataloniya qəlyanaltısını - üzərinə sürtgəcdən keçirilmiş pomidor və sarımsaq yaxılan çörəyi hazırlayır.

Kafe sahibi referendumun gənclər üçün olduğunu, onun küçələrə çıxmaq üçün çox yaşlı olduğunu söyləyən zaman bara onun həmyaşıdı girir.

Stullardan birinə oturan kişi söhbətə qulaq asır və dərhal müzakirələrə qoşulur.

"Mən vergi ödəyiiəm, lakin onların necə xərcləndiyinə təsir göstərə bilmirəm"

Janiz Mario-nun barına nahar fasiləsində bir parç pivə içmək üçün gəlib.

O, qonşu küçədəki şəhər meriyasında işləyir. Janiz də Mario kimi Barselonaya başqa şəhərdən, Alikantedən gəlib.

Lakin Kataloniya paytaxtındakı 52 illik həyat ona ciddi təsir göstərib: başlıca olaraq praqmatik mülahizələrə əsasən keçirilən seçkilərdə müstəqilliyə səs verib.

"Mən ildə 35 min avro qazanıram və bunun 15 minini vergiyə ödəyirəm.

Bununla yanaşı mən bu məbləğin necə xərcləndiyinə təsir göstərə bilmirəm. Bu pullara vilayət şəhərində kimsəyə lazım olmayan növbəti mədəniyyət mərkəzi tikilir. Buna görə mən niyə pul ödəməliyəm?" - deyə Janiz narazılığını bildirir.

Kataloniyalıların Madridə əsas etirazlarından biri iqtisadi məsələdir.

Kataloniya zəngin regiondur. 2016-cı ildə Kataloniyanın Ümumi Daxili Məhsulunun (ÜDM) həcmi 223 milyard avrodan artıq olub, bu da bütün İspaniya iqtisadiyyatının beşdə biri deməkdir.

Əgər Kataloniya müstəqil olsaydı, adam başına düşən ÜDM-ə (26,5 min avro) görə, İspaniyanı (22,5 min avro) qabaqlayaraq Aİ ölkələri arasında 12-ci yerdə olardı.

Məmur, özünün böyük uşaqlarının gələcəyi naminə qarşıdurma olsa belə küçələrə çıxaraq referendumun nəticələrini müdafiə etməyə hazır olduğunu söyləyir.

Hətta ailələrdə belə münaqişə başlayıb

Gala Gotik məhəlləsində geyim və mebel mağazasının sahibidir.

O, əslən kataloniyalıdır. Referendumun nəticələrinə necə yanaşması barədə şübhələr ona aid deyil, o, tərəddüd etmədən müstəqilliyə səs verib.

Gala
Şəklin alt yazısı, Əgər Kataloniya müstəqil olarsa, onun işləri yaxşı gedəcək, Gala belə fikirləşir

Müstəqillik elan ediləcəyi təqdirdə birinci ili həm ispan, həm də Kataloniya biznesi üçün çətin olacaq. Lakin sonradan Kataloniyanın işləri yaxşı gedəcək.

Gala buna inanır. Ən azı, geridə qalan regionlara pul xərcləməyə ehtiyac qalmayacaq.

Galanın fikrincə, region üçün başlıca məsələ qəbul edilən iqtisadi aspekt deyil, onun sakinlərinin hissləri və ruhlarıdır: "Biz İspaniya kimi yerində saymaq istəmirik, biz irəli getmək və müstəqil xalq olmaq istəyirik".

"Los Manolos" adlı məşhur qrupun üzvü Jose Luis Munoz 6 yaşından İspaniyada yaşayır və referendumu dəstəkləmir. Hərçənd, o, milliyətcə yarı kataloniyalıdır və Kataloniya musiqisini - katalon rumbasını ifa edir.

Jose azadlığı sevən Garcia məhəlləsində - solçu siyasətçilərin çox olduğu yerdə yaşayır. O, özünü eyni dərəcədə həm ispan, həm kataloniyalı, həm barselonalı və həm də brazilyalı (uşaqlıqda onun ailəsi Cənubi Amerikada yaşayıb) sayır.

Munoz bazar günü seçkilərdə səs verməyə cəhd göstərib, lakin seçki məntəqəsində bir saat növbə gözlədikdən sonra oranı tərk edib.

Onun fikrincə, səsvermə demokratiya prosedurlarına uyğun keçirilməyib. Printerdə çap edilən bülletenlər,seçicilərin siyahısının və beynəlxalq müşahidəçilərin olmaması onu qane etməyib.

Lakin müstəqillik tərəfdarları üçün keçirlən konsertdə Munoz qrupun tərkibində çıxış edib.

Qrupun üzvlərindən biri isə müstəqilliyin əleyhinə olduğu üçün səhnəyə çıxmamaq qərarına gəlib.

"Mən fikirləşdim ki, hər kəs öz siyasi baxışlarını büruzə versə, ümumiyyətlə heç bir konsert olmayacaq", - deyə musiqiçi gülür.

Munoz-un sözlərinə görə, əgər o referendumda səs versəydi, çox güman ki, qutuya boş bülleten atacaqdı. O, nə müstəqillik lehinə olanları, nə də əleyhinə olanları dəstəkləmir.

"Ədalətli debatlar olmadı. Hansısa bank hüquqi ünvanlarını Kataloniyadan digər regiona (artıq ikisi bunu edib) köçürəcəyi barədə xəbərdarlıq etməyib", - deyə musiqiçi bildirir. Bununla yanaşı onun üçün şəxsən əsas məsələ sevimli musiqisini ifa etmək və çörək pulu qazanmaqdır.

"Kapitalistlər isə onsuz da insanlardan pul qazanacaqlar", - deyən Munoz qəlbən müstəqillik tərəfdarlarını başa düşdüyünü söyləyir.

"Mən səs verməyə gələnləri qovan polisləri görən zaman müstəqil Kataloniyanı istəyirdim.

Əlbəttə ki, əgər Madrid bura tanklar göndərsə, mən barrikadaya çıxacağam" deyə etiraf edən Munoz "polis uşaqlarını təhqir etmək olmaz, məktəblərdə isə məhz bu baş verir" deyir.

Onun fikrincə, baş tutan referendumda ən pisi müstəqillik tərəfdarları ilə əleyhdarları arasında münaqişənin daha ciddi şəkil almasıdır. Ciddi fikir ayrılıqları hətta dostlar və ailələr arasında da yaşanır.

"Konstitusiyanı iPhone kimi yeniləmək vaxtıdır"

Барселона
Şəklin alt yazısı, Barselonadakı etirazlar yanğınsız ötüşməyib

"Mən müstəqillik tərəfdarı deyiləm, lakin bunu istəyən dostlarımı başa düşürəm",-deyə şəhərin mərkəzində yerləşən ailə restoranının sahibi Alfonso Garcia deyir.

Onun ailəsi 1934-cü ildən restoran biznesi ilə məşğul olur. Restoranı onun babası yaradıb.

Daha sonra restoran onun atasına keçib. İndi isə o, özü restoranı qızına verməyə hazırlaşır. Garcia özünü vahid İspaniya tərəfdarlarına aid etsə də, referenduma getməyib.

Bununla yanaşı, onun fikrincə, Kataloniya indikindən daha böyük muxtariyyata layiqdir.

"Lakin bunu normal təkamül yolu ilə əldə etmək lazımdır", - deyə o əlavə edir.

Garcia-nın fikrincə, referendum keçirməyə imkan verməyən konstitusiyanı dəyişmək lazımdır.

"Yeni iPhone-lar, Macbook-lar çıxır. Lakin hökumətin arxasında gizləndiyi konstitusiya isə köhnədir. Yeniləmək lazımdır", - deyən Garcia-nın fikrincə, Kataloniyada təmiz müstəqillik istəyənlərin sayı çox deyil: referendumda müstəqilliyə 90 faizin səs verməsi insanlara səs verməyə icazə verilmədiyi üçün yaranıb.

Garcia istənilən halda küçələrə çıxmayacağını, Puigdemont və Rajoy qəfildən onun kafesini ziyarət etsələr onlara qulluq edəcəyini söyləyib. Yeri gəlmişkən, bazar ertəsi keçirilən ümimi tətil zamanı o da kafesini iki saat bağlayıb.

"Polisin təzyiqlərinə etiraz əlaməti olaraq kafeni bağladım. Mənim üçün zorakılığın izahı yoxdur. Zorakılığa qarşı mən etiraz edəcəm".

Garcia ilk növbədə insan qalmağın vacib olduğuna əmindir.

"Bizə bu böhrandan çıxmağa isə musiqi və dadlı yemək kömək edəcək", - deyən restoran işçisi telefonda Celine Dion-un mahnısını qoşur.