Kiyevdə müxalifət yenidən meydana toplaşır

Çap edildi
Ukrayna müxalifətinin nümayəndələri yenidən Kiyevin mərkəzindəki Avropa meydanına növbəti "xalq veçesi" keçirmək üçün toplaşırlar.
Ukrayna paytaxtında etirazlar 1 aydan çoxdur ki davam edir. Lakin Yeni il bayramı müddətində aksiya iştirakçılarının sayı xeyli dərəcədə azalmışdı.
Müxbirlərin qənaətincə yaxın günlər və həftələr ərzində Ukraynada avroinyeqrasiya təfdarlarının müddətsiz etiraz aksiyalarını davam etdirməyə nə dərəcədə hazır olduqlarını aydınlaşdıracaq.
Bu arada, Ukrayna keçmiş Daxili İşlər naziri, ötən gün Ukrayna xüsusi təyinatlıları "Berkut" üzvlərilə toquşmada aldığı zədələr nəticəsində xəstəxanaya düşən müxalifət lideri Yuri Lutsenko reanimasiya şöbəsindən adi palataya köçürülüb.




















