Avropa seçkiləri: Fransa Avropa İttifaqının islahatına səsləyir

Francois Hollande vurğunu iqtisadi məsələlərə etməyə çağırır.
Şəklin alt yazısı, Francois Hollande vurğunu iqtisadi məsələlərə etməyə çağırır.
Çap edildi

Fransa prezidenti Avropa seçkilərində, avroskeptik və ifrat sağçı partiyaların uğurlu çıxışını şərh edərkən Avropa İttifaqının islahata ehtiyacı olduğunu deyib.

Fransa televiziyası ilə çıxışnda Francois Hollande Avropa Parlamentinin seçicidən uzaq olan mürəkkəb bir quruma çevrildiyini deyib.

Çərşənbə axşamı Avropa liderlərinin Brüsseldəki sammitindən öncə Francois Hollande əsasən iqtisadi məsələlərə diqqət yetirməyə səsləyib.

Avropa Parlament seçkilərinin ilkin nəticələrinə əsasən ifrat sağçı Milli Cəbhə partiyası fransalı seçicilərin 25 faizininin rəğbətini qazanaraq Francois Hollande-ın mənsub olduğu Sosialist Partiyasını hakim mövqedən üçüncü yerə sıxışdırıb.

Britaniyada ölkənin Aİ-dən çıxmasını tələb edən UKİP partiyası seçicilərin 27 faizinin dəstəyini qazanıb.

Baş nazir David Cameron “Avropadan məyus” olan seçiciləri eşitdiyini deyib.

Avropapərəst hesab edilən Almaniyada nisbətən yeni avroskeptik AfD partiyası 6 faizdən artıq səs yığa bilib.

Hərçənd ki, bu partiya Avropa əleyhinə yox, avroya qarşı çıxır.

Maraqlıdır ki, İtaliya seçiciləri radikal iqtisadi islahatlar təklif edən solçu baş nazir Matteo Renzi hökumətini dəstəkləyiblər, BBC-nin Avropa məsələləri üzrə redaktoru bildirir.

BBC-nin Avropa üzrə redaktoru Gavin Hewitt-in sözlərinə görə, səsvermə qismən iqtisadi durumdakı durğunluq və işsziliyin səviyyəsinə etirazın təzahürü olub.

Avropanın bir neçə ölkəsində avroskeptiklərin əldə etdiyi dəstəyə rəğmən Avropa Parlamentində əksəriyyətin 3 avropapərəst seçki blokunun nəzarətində qalacağı gözlənilir.