Çılpaq fotolarını çəkən ulduzlar "səfehlik" edib, Aİ komissarı deyir

Şəklin mənbəyi, AFP
Avropa İttifaqının yeni rəqəmsal sahə üzrə başçısı öz intim fotolarını çəkən ulduzları "səfeh" adlandırdığına görə üzr istəməkdən imtina edib.
"Adamları səfehlikdən ancaq qismən xilas etmək olar" kimi şərhlərinə görə Günther Oettinger sərt tənqid olunub.
Noyabrda o, Aİ-nin rəqəmsal iqtisadiyyat və cəmiyyət üzrə komissarı olacaq.
Avropa Parlamenti üzvü Julia Reda komissarı sərt tənqid edib: "Bu bəyanat inanılmazdır", o deyib.
Bloq yazısında xanım Reda şikayət edib: "... İnternetə inamı artırmaq üçün məsuliyyət daşımaq istəyən adam indicə deyib ki, onların icazəsi olmadan şəxsi məlumatları yayılan adamlar bunda günahkardırlar".
"O, bu cinayətə görə mənəvi günahı cinayətkarların deyil, qurbanların üzərinə atıb".
BBC cənab Oettinger-dən məsələni aydınlaşdırmağı xahiş edəndə, o deyib: "Hər kəsin məxfilik hüququ var. Aİ Komissiyası kənar yaddaş xidmətlərinin daha təhlükəsiz olmasını istəyir".
Amma cənab Oettinger-in sözçüsü deyib ki, o, şərhlərinə görə üzr istəmək, nə də onlara nəsə əlavə etmək istəmir.
Ötən ay güman edildiyinə görə, hakerlərin hücumu nəticəsində Jennifer Lawrence, Rihanna və Kim Kardashian kimi 80-dən çox məhşur qadının çılpaq şəkilləri internetdə yayılıb.
























