Serbiya: çay sahilində görülən işlərə görə ördək etirazı

Sakinlər "gəlin Belqradı batırmayaq" şüarı ilə yürüş edir
Şəklin alt yazısı, Sakinlər "gəlin Belqradı batırmayaq" şüarı ilə yürüş edir
Çap edildi

Serbiya paytaxtının sakinləri böyük rezin ördəkdən istifadə edərək yenidənqurma layihəsinə qarşı etiraz ediblər, belə görünür.

Etirazçılar və vətəndaş cəmiyyətinin üzvləri Belqrad küçələrinə çıxaraq oyuncaq ördəklərlə hökumətin dəstəklədiyi Sava çayı sahillərindəki qalmaqallı layihəni pisləyiblər.

Etirazçılar dəyişikliklərin şəhərin görünüşünü həmişəlik dəyişəcəyindən qorxurlar.

“Belqrad sahil xətti” adlanan 3.5 milyard avroluq layihənin 20 ilə tamamlanacağı gözlənilir.

Layihə, ticarət qovşağının tikintisi, 17000-lik yaşayış binaları və Balkan yarımadasında ən böyük ticarət mərkəzinin tikintisini nəzərdə tutur, Blic qəzeti yazır.

Belqrad meri deyir ki, layihə iqtisadiyyatın güclənməsinə təkan verəcək və yerli sakinlərə əhəmiyyətli gəlir gətirəcək.

Lakin etirazçılar 2 metrlik oyuncaq ördəkdən istifadə edərək “talan” şuarları qışqırıb və bildiriblər ki, “Belqrad, onun sahillərində burjua məhəlləsi istəmir”.

Ördək saxlayan sakinlər layihəni “fırıldaqçılıq” adlandırıb və bildiriblər ki, bu layihə iş adamlarını sadə sakinlərin hesabına varlı edəcək.

Onlar xüsusilə 180 metr hündürlüyündə “Dubay tərzində” olan müasir göydələnin tikintisi planına qarşı çıxaraq, bunun şəhərin görünüşünü pozacağını bildiriblər.

Serb dilində “patka” (ördək) sözü tez-tez yalan və fırıldaqçılıq mənasında işlənir və etirazçılar bu quşdan öz rəmzləri kimi istifadə edirlər.

Twitter-də istifadəçilər yürüşdən şəkillər yerləşdirib, #pokazimoimpatku həştəqindən istifadə ediblər. Tərcümədə bu, “gəl onlara ördəyi geri verək” mənasını verir.