Səudiyyədə şiə məscidinə hücum: İD məsuliyyəti "üzərinə götürüb"

Şəklin mənbəyi, AFP
İslam Dövləti Səudiyyə Ərəbistanının Şərq əyalətindəki şiə məscidinə intiharçı hücuma görə məsuliyyəti "üzərinə götürüb".
Bu barədə iddia mötəbər sayılan Twitter hesabında yerləşdirilib. Məlumatda ən azı 21 adamın ölümü ilə nəticələnən partlayış arxasında İslam Dövlətinin yerli qolunun durduğu bildirilir.

Şəklin mənbəyi, middle east eye
Twitter hesabında eləcə də intiharçı hücumçunun görüntüsü verilir.
Cümə günü əl-Qədi kəndindəki İmam Əli məscidində intiharçı bomba parlayışından sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Səudiyyənin səhiyyə naziri hücumda ən azı 21 adamın həlak olduğunu və 80 nəfərin xəsarət aldığını bildirib.
Xəstəxanaya çatdırılan bəzi yaralıların vəziyyətinin ağır olduğu deyilir.
Ötən ilin noyabr ayında yayımlanan audiomüraciətində İslam Dövlətinin lideri Əbu Bəkr əl-Bağdadi tərəfdarlarını şiə hədəflərinə qarşı hücumlara səsləyib.
Səudiyyənin böyük şiə icması əsasən ölkənin şərqində yaşayır. Burada şilələr öz hüquqları uğrunda tez-tez aksiyalar keçirirlər.
Basqın Yəməndəki şiə husilər üzərinə Səudiyyə koalisiyasının hava reydləri ilə eyni vaxta təsadüf edib.
























