Yunanıstanın borcu ilə bağlı danışıqlarda razılıq hələ əldə olunmayıb

Şəklin mənbəyi, Reuters
Yunanıstanla kreditorlar arasında Brüsseldə gedən danışıqlar ötən gün razılıq əldə edilmədən dayandırılıb.
Tərəflər arasında əvvəlkitək fikir ayrılığı qalmaqdadır.
Gözlənildiyinə görə, danışıqlar iyunun 25-də davam olunacaq.
Danışıqlar beynəlxalq kreditorlarla Yunanıstanın Baş naziri Aleksis Tsipras arasında aparırlır.
Danışıqların gedişində ölkənin tərəflər arasında dövlət sektorunda pensiya islahatı, əmək qanunvericiliyi, vergi məcəlləsi, maaş siyasəti və investisiya sahəsində çiddi fikir ayrığılı yaranıb.
Avrozona ölkələrinin maliyyə nazirləri Yunanıstan tərəfini güzəştə getrmək istəməməkdə ittiham edirlər.
Öz növbəsində Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu (BVF) ilə silsilə danışıqlar aparmış Yunanıstan Baş naziri Aleksis Tsipras kredirorları onun təkliflərini qəbul etmədiklərinə görə təngid edib.
Ötən gün tərəflər arasında danışıqlar bir neçə saat ərzində davam etdikdən sonra nəticəsiz başa çatıb.
BVF Yunanıstan hökümətindən sosial sahəyə ayrıllan xərclərin azaldılmasını tələb edir.
Yunanıstan höküməti isə bunun əvəzində varlı təbəqəyə tətbiq edilən vergiləri artırmağa üstünlük verir.
Yunanıstan BVF-dən götürdüyü €1.6 milyard borcu iyun ayının sonunadək odəməlidir.
Bu baş verməsə, ölkə avrozonanı və ola bilsin ki, Aİ-nı tərk etməli olacaq.
Bu gün Brüsseldə Avrozona ölkələrinin Maliyyə nazirlərinin görüşü keçirilməlidir.
Onlar ümid edirlər ki, cümə axşamı gününədək Yunanıstanın borcuna dair güzəştli sövdələşmə əldə etmək mümkün olacaq və həmin razılaşma Avrozona liderləri tərəfindən təsdiqlənəcək.
Yalnız bu halda Aİ liderləri Yunanıstan hökümətinə €7.2 milyard avro məbləğində son kredit tranşının ayrılmasına razılıq verə bilərlər.



























