ABŞ hava zərbəsilə "Xorasan qrupunun lideri öldürülüb"

Şəklin mənbəyi, Reuters
ABŞ hava zərbəsilə əl-Qaidə ilə bağlı “Xorasan qrupu”nun Küveyt üzrə lideri Mühsin əl-Fadlinin öldürüldüyü xəbər verilir.
“Xorasan qrupu” Suriyadakı döyüşlərdə iştirak edir.
Pentaqon nümayəndəsi əl-Fadlinin Suriyadakı Sarmada şəhəri yaxınlığında avtomobildə gedərkən hədəfləndiyini deyib.
Əl-Fadhli 9 sentyabr 2011-ci il hücumundan əvvəl əl-Qaidəyə mənsub olduğu məlum olan liderlərdən biridir, ABŞ hərbiyyəsinin bəyanatında deyilir.
Əl-Fadli liderinə qarşı daha bir həmlənin ötən il həyata keçirildiyi bildirilir. Bundan əvvəl bəzi xəbərlərdə əl-Fadhlinin Hələb şəhərində öldürüldüyü iddia olunub.
Ötən il “Xorasan qrupu”nun düşərgələrinin bombardman edilməsinədək təşkilat barədə çox az məlumat mövcud idi.
Belə güman edilir ki, qrupun liderləri Pakistan və Əfqanıstan hərbi kampaniyasında iştirak etmiş əl-Qaidə liderlərindən ibarətdir.
ABŞ rəsmilərinə görə qrupun üzvləri Suriyaya əl-Qaidə rəhbəri Ayman əl-Zəvahiri tərəfindən göndərilib. Onların qarşısına xaricdə bomba hücumları təşkil etmək üçün Qərb ölkələrinin pasportlarına sahib cihadçılar tapmaq vəzifəsi qoyulub.
Silahlılar əl-Nusra hərəkatı tərkibində fəaliyyət göstərirlər. ABŞ əl-Fadlinin başına 7mln. dollarlıq mükafat elan etmişdir.
























