ABŞ Ədliyyə Nazirliyi daha bir iPhone-u "açmağa nail olub"

Çap edildi

Ədliyyə Nazirliyi bildirir ki, qanunsuz narkotik mübadiləsilə bağlı əməliyyat çərçivəsində müsadirə edilmiş iPhone-un kilidini açmağa nail olub.

Prokurorluğa göndərilən məktubda deyilir ki, parolun əldə olunmasından sonra iPone-u istehsal edən Apple şirkətinin köməyinə ehtiyac qalmır. Parolun necə əldə olunması barədə məlumat verilməyib.

Bundan əvvəl Federal Təhqiqatlar Bürosu (FTB) San Bernardino şəhərində hücum törədən Syed Rizwan Farook-a məxsus iPhone-un şifrəsini sındırmağa nail olduğunu bəyan etmişdi.

Hesablamara görə smartfonun açılması üçün 1.3 mln dollardan artıq pul ödənilib.

FTB rəhbəri deyib ki, smarfonun kilidinin açılması onun təqaüdə çıxanadək qazanacaq maaşının cəmindən artıqdır.

Reuters agentliyinin hesablamalarına görə təqaüdə qədər qalan 7 il 4 ay müddətində James Comey-nin məvacibi 1.3 mln dollar təşkil etməlidir.

<span >Məhkəmə telefon kilidini sındırmaq barədə FTB-nin<span > tələbini qanuni tanısa da, iPhone smartfonlarının istehsalçısı hökmü yerinə yetirməkdən imtina edərək apellyasiya iddiasını irəli sürdü.

<span >Apple bildirir ki, hüquq-mühafizəçilərinin qərarı istehlakçıların haqqını pozur və şəxsi məlumatların qorunmasına zərbə ola bilər.

Telefonu sındırdığını bildirən FTB məhkəmə çəkişməsindən imtina etdiyini bəyan edib.

Apple şirkətinin mövqeyini bir sıra İT nəhəngi dəstəkləyib.

10 dəfədən artıq səhv kodun daxil edilməsi ardınca iPhone-da olan məlumat avtomotik olaraq pozulur.