Şimali Koreya: ABŞ vətəndaşı casusluğa görə həbs edilib

Kim cümə günü məhkəməsinə gətirilib
Şəklin alt yazısı, Kim cümə günü məhkəməsinə gətirilib
Çap edildi

Şimali Koreya ABŞ vətəndaşını casusluğa görə 10 illik azadlıqdan məhrum edib və katorqa cəzası verib.

62 yaşlı ABŞ vətəndaşı olan Kim Dong-chul Cənubi Koreyada doğulub və oktyabr ayında həbs edilib.

Kin keçən ay Pxenyanda təqsirini boynuna alıb və bildirib ki, ona Cənubi Koreya kəşfiyyat rəsmiləri pul ödəyiblər.

ABŞ Şimali Koreyanı diplomatik oyun üçün vətəndaşlarından istifadə etməkdə günahlandırıb.

Pxenyan ittihamları rədd edir.

Kimin həbsi zamanı, ABŞ Dövlət Departamenti bildirimişdi ki, bu barədə şərh verməyəcəklər, çünki həbs edilmiş amerikalılar barədə danışmaq daha sonra onların azad edilməsinə maneə törədə bilər.

Mart ayında ABŞ tələbəsi Otto Frederick Warmbier propoqanda materialını oğurlamaqda ittiham edilərək “dövlətə qarşı cinayətə” görə 15 il azadlıqdan məhrum edilmişdi.