Aralıq dənizində EgyptAir təyyarəsinin qalıqları aşkar olunub

Çap edildi

Misir hərbiyyəsi və Dövlət hava yolları şirkəti qəzaya uğramış EgyptAir təyyarəsinin qalıqlarının Aralıq dənizində aşkar edildiyini bildiriblər.

Parisdən Qahirəyə yollanan MS804 reysli təyyarədə 56 sərnişin, 7 ekipaj üzvü və 3 təhlükəsizlik əməkdaşı olub.

Təyyarə mayın 19-da səhər tezdən izləyici radarlardan yoxa çıxıb.

Misir ordusunun sözçüsü təyyarə qalıqları və sərnişinlərin əşyalarının Misirin sahilyanı İskəndəriyyə şəhərindən 290 km aralıqda dənizdə aşkar olunduğunu qeyd edib.

EgyptAir hava yolları şirkətindən bu məlumat BBC-ə təsdiqlənib.

Misir prezidenti Əbdul Fəttah əl-Sisi təyyarə qəzasına görə "dərin kədər və təəssüf" hissini bildirib.

Yunanıstan, Misir, Fransa və Britaniya hərbiyyələri Aralıq dənizindəki Yunanıstanın Karphatos adası yaxınlığında aparılan axtarış əməliyyatında iştirak edirlər.

Radarların göstərdiyi kimi, Airbus A320 təyyarəsi dənizə düşənə qədər 7620 metr yüksəklikdə iki kəskin viraj edib, Yunanıstan bildirib.

Misir təyyarə qəzasının səbəbinin texniki nasazlıqdansa, terror aktı ilə bağlı olduğunu güman edir.

Təyyarənin göyərtəsində olan insanların əksəriyyəti Misir və Fransa vətəndaşları olub.

Sərnişinlər arasında bir britaniyalının da olduğu bildirilir.