Yerevanlılar Ermənistan komandasının Bakı-2015-də iştirakı barədə - video

Çap edildi

Bakıda 6 min idmançının iştirakı ilə keçən ilk Avropa Oyunlarına Ermənistan komandası da qatılıb.

Rəsmi Bakı Ermənistan millisinin Azərbaycana gəlməsini müsbət dəyərləndirib. “İlk Avropa Oyunlarının Azərbaycan və erməni xalqlarının yaxınlaşmasında pozitiv rol oynayacağına inanıram”, - iyunun 11-də Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov söyləyib.

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk Qrupunun amerikalı həmsədri James Warlick də Oyunlarda iştirak barədə qərarı alqışla qarşılayıb. “Bu, insanlar arasında xoş münasibətlər yaratmaq yolunda mühüm addımdır və ümid edirik ki, gələcəkdə tək idmançılar deyil, başqalarının da gediş-gəlişinə xidmət edər”, - cənab Warlick BBC Azərbaycancanın Yerevan müxbirinə bildirib.

Bəs görəsən Ermənistan komandasının Bakıya yollanması barədə Yerevan sakinləri nə düşünür? Bu suala cavab tapmaq üçün Aleksey Manvelyan Ermənistan paytaxtının sakinlərinə müraciət edib.