Türkiyə parlament seçkilərində Erdoğan amili

Çap edildi

Türkiyədə parlament seçkilərinə bir həftədən az vaxt qalır. Bu, son 5 ay ərzində keçirilən ikinci səsvermədir. Türkiyə prezidenti yaratdığı AKP partiyasının iyun ayındakı seçkilər vaxtı itirdiyi səs çoxluğunu qaytaracağına ümid edir.

İqtisadiyyat və təhlükəsizlik seçkilərin əsas mövzusu olsa da, Recep Tayyip Erdoğanın özü də siyasi rəqabətin mərkəzindədir.

Onun əleyhdarları prezidentin mövqelərinin sarsılacağına, dəstəkçiləri isə AKP qələbəsi nəticəsində Erdoğan hakimiyyətinin daha da güclənəcəyinə ümid bəsləyirlər.

İstanbuldan Mark Lowen xəbər verir.