"Məni göndərsinlər kolona, onu buraxsınlar"
Cümə axşamı məhkəmə Arif Yunus barəsindəki həbs-qətimkan tədbirini qətimkan tədbiri ilə əvəz edib.
Məhkəmə hökmünü şərh edən Arif Yunus qərarın "tam azadlıq sayılmadığını" bildirib.
Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus 2014-cü ilin iyul ayında həbs olunublar. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.
Bu ilin avqustunda Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus əmlakı müsadirə olunmaqla 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Beynəlxalq təşkilatlar onların hər ikisinin həbsini siyasi motivli sayır. Azərbaycan hakimiyyəti bu iddiaları rədd edir.
Məhkəmə hökmünü şərh edən Arif Yunus məhbəsdə qaldığı aylar barədə danışıb və həyat yoldaşı Leyla Yunusun azadlığa buraxılması barədə tələbini təkrarlayıb.
