Kanada Krıma görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Şəklin mənbəyi, AFP
Çap edildi
Kanada Krımın ilhaqına görə Rusiya və Ukraynanın 11 vətəndaşına qarşı əlavə iqtisadi sanksiyalar tətbiq edib..
Kanada Baş naziri Stiven Harperin bəyanatında deyildiyi kimi sanksiya siyahısına daxil edilmiş şəxslər Ukraynanın ərazi bütövlüyü və suverenliyinin pozulmasına şərait yaradıblar.
Sanskiya siyahısına eləcədə bir şirkətin adı daxil edilib.
"Beynəlxalq birliyi Rusiya tərəfindən Krımın qanunsuz ilhaqı və təxribatçı hərəkətlər narahat edir”, Harper deyib.
Onun təbirincə, Kanada Ukrayna prezidenti Petr Poroşenkonun dinc planını dəstəkləyir.




















