Əliyev və Sarkisyan Erdoğana başsağlığı bildiriblər

Əliyev, Erdoğan, Sarkisyan
Şəklin alt yazısı, İlham Əliyev və Serj Sarkisyan Türkiyə prezidentinə başsağlığı verib
Çap edildi

Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin Şanlıurfa vilayətinin Suruç şəhərində törədilmiş partlayış nəticəsində çoxsaylı insan itkisilə bağlı türkiyəli həmkarı Recep Tayyip Erdoğana başsağlığı verib.

Sarkisyan Erdoğana göndərdiyi məktubunda "terrorçuluğun bütün təzahürlərini qətiyyətlə pislədiyini" qeyd edib.

"Ölənlərin yaxınlarına dözüm, yaralılara şəfa diləyirəm”, məktubda bildirilib.

Ötən gün Azərbaycan prezidenti İlham Əliyev Suruçda törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Recep Tayyib Erdoğana başsağlığı vermişdi.

İlham Əliyev çoxsaylı insan tələfatı xəbərindən "son dərəcə sarsıldığını" bildirib.

"Həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm", İlham Əliyevin başsağlığı məktubunda deyilir.