İran bir il ərzində neft hasilatını artırmağı planlaşdırır

İrana qarşı sanksiyaların ləğvi ilə bağlı neft qiymətləri aşağı düşə bilər.
Şəklin alt yazısı, İrana qarşı sanksiyaların ləğvi ilə bağlı neft qiymətləri aşağı düşə bilər.
Çap edildi

İranın milli neft şirkəti bir il ərzində hasilatı sanksiyalardan əvvəlki səviyyəyə çatdıracaq, şirkətin icraçı direktoru yerli mətbuata bildirib.

Beynəlxalq sanksiyaların tətbiqinə kimi İran gündə 4 milyon barrelə yaxın neft hasil edib.

Hazırda sanksiyalardan əvvəlki səviyyəyə çatmaq üçün günlük hasilat 500-600 min barrelədək artırılmalıdır.

Məlumata əsasən, Tehran özünün əsas ixrac bazarı olaraq Cənub-Şərqi Asiya bögəsini görür.

Neft şirkəti bildirir ki, hasilatın artırılmasına 6 aydan bir ilədək müddət tələb oluna bilər.

Avqust ayında dərc edilmiş Dünya Bankının hesabatındakı proqnoza görə İrana qarşı sanksiyaların ləğvi ilə bağlı neft qiymətləri daha da aşağı düşə bilər.

Bankın ehtimalına görə, qlobal bazarlara əlavə neftin çıxarılması nəticəsində onun qiyməti 14 faizədək ucuzlaşa bilər.

İyul ayında Tehran və 6 qüdrətli dövlət arasında beynəlxalq sanksiyaların ləğvi müqabilində İranın nüvə fəaliyyətini məhdudlaşdıran razılaşma əldə olunub.

İyunun 15-dən Brent markalı neftin qiyməti aşağı düşməkdədir.