Prezident Erdoğan erkən seçkilərin keçiriləcəyini elan edib

Şəklin mənbəyi, Reuters
Türkiyə prezidenti Recep Tayyip Erdoğan 1 noyabra təyin edilən nöbbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edib.
Baş nazir Ahmet Davutoğlunun koalisiya hökuməti qurmaq cəhdlərinin nəticə vermədiyindən sonra seçicilər yenidən səs verməli olacaqlar.
İyun ayında keçirilən parlament seçkiləri cənab Davutoğlunun AK Partiyasını 12 il ərzində malik olduğu səsçoxluğundan məhrum edib. Güman edilir ki, adətən AK partiyaya verilən səslərin bir qismini seçkilərdə uğurlu nəticə göstərən kürdyönlü HDP qazanıb.
AK partiyanın millətçi MHP və ana müxalifət olan CHP partiyaları ilə koalisiya danışıqları nəticəsiz başa çatıb.
STY40050010Türkiyədə koalisiya danışıqları: "Tam bir qumar!"Türkiyədə koalisiya danışıqları: "Tam bir qumar!"Türkiyədə hər gün baş verən terror qarşıdurmaları ilə bağlı xəbərlərin müşaiyəti ilə yeni koalisiya hökumətinin qurulması ilə bağlı danışıqlar davam edir.2015-08-13T08:51:02+00:002015-08-13T12:17:00+00:002015-08-13T12:17:00+00:002015-08-13T12:35:18+00:00PUBLISHEDaztopcat2




















