İsrail Ariel Şaron ilə vidalaşır

Son 8 ili komada keçirən İsrailin sabiq baş nazıri Ariel Şaron 85 yaşında vəfat edib.
Onun Tel-Əvivdə müalicə olunduğu tibbi mərkəzin rəhbəri Şaronun ürək çatışmazlığından şənbə günü öldüynü bildirib.
Ariel Şaronun tabutu İsrailin parlament binası qarşısına gətirildikdən sonfra, yerli vaxtla saat 12-dən başlayaraq mərhum ilə rəsmi vida mərasimi başlayıb. Mərasim yarli vaxtla saat 18:00-dək davam edəcək.
Bazar ertəsi günü səhər knesset binası qarşısında xarici siyasətçilərin də qatılacağı rəsmi matəm mərasimi keçiriləcək.
Mərasimə ABŞ vise-prezidenti Joseph Biden qatılıb.
Vidalaşma mərasimindən sonra Ariel Şaronun tabutu Negev səhrasında yerləşən mərhumun ailəsinə məxsus "Sikomora" fermasında dəfn ediləcək. Həmin məzarlıqda eləcə də onun 2000-ci ildə vəfat etmiş həyat yoldaşı da dəfn edilib. Dəfn mərasimində yalnız Ariel şaronun ailə üzvləri iştirak edirlər.




















