Bernie Ecclestone Formula 1 Bakı yolunu təqdim edib

Çap edildi

Formula One (F1) rəhbəri Bernie Ecclestone çərşənbə axşamı Bakıda keçirdiyi mətbuat konfransında 2016-cı ildə Azərbaycan paytaxtında keçiriləcək yarışdan danışıb.

Eyni zamanda Bakı yarışı üçün planlaşdırılmış yolun haradan keçəcəyi göstərilib.

Adətən müqavilələrin yeddi illik olduğunu qeyd edən 83 yaşlı cənab Ecclestone deyib ki, bundan sonra F1 mövcud olduqca Bakıda həmişə yarışlar keçiriləcək.

İdman naziri Azad Rəhimov isə deyib ki, Formula One yarışmalarının Bakıda keçirilməsi nəticəsində bir gün azərbaycanlının Dünya Çempionu olacağına ümidlidir.

F1 yol sxemi dizayneri Hermann Tilke həmçinin mətbuat konfransında iştirak edib. Onun sözlərinə görə, yol İçəri Şəhərdən, dənizkənarı bulvardan və Hökumət Evindən keçəcək.

Bakının ilk F1 yarışı 2016-cı ildə keçiriləcək.